10:33 - 31.01.2019
31 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar (1,49%) yüksəlib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,83 dollar təşkil edir.
30 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,92 dollar (1,73%) qalxaraq bir barelə 54,23 dollar təşkil etmişdir.
“ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,33 dollar (0,54%) artaraq bir barelə 61,65 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 7,42 dollara bərabərdir.