09:53 - 17.01.2019
17 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,23 dollar və yaxud 2% yüksəlib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,75 dollar təşkil edir.
16 yanvar tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 0,20 dollar (0,38%) yüksələrək bir barelə 52,31 dollar təşkil etmişdir.
“ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,68 dollar (1,12%) yüksələrək bir barelə 61,32 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,01 dollara bərabərdir.
4 Avqust 2026
4 Avqust 2026