10:23 - 16.01.2019
16 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,59 dollar və yaxud 0,95% azalıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,52 dollar təşkil edir.
15 yanvar tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 1,60 dollar (3,17%) yüksələrək bir barelə 52,11 dollar təşkil etmişdir.
“ICE” birjasında çərşənbə axşamı günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 1,65 dollar (2,8%) yüksələrək bir barelə 60,64 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,53 dollara bərabərdir.