10:34 - 15.01.2019
15 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,47 dollar və yaxud 0,75% azalıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,11 dollar təşkil edir.
14 yanvar tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 1,08 dollar (2,09%) enərək bir barelə 50,51 dollar təşkil etmişdir.
“ICE” birjasında bazar ertəsi günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 1,49 dollar (2,46%) düşərək bir barelə 58,99 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,48 dollara bərabərdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026