Mərkəzi Bank iqtisadi artım proqnozlarını yüksəltdi: Qeyri-neft sektoru 4,3%-dək sürətlənəcək

11:49 - 29.10.2026


29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ölkədə ümumi iqtisadi artımın 1,3%, 2027-ci ildə isə 2,3% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə keçirilən mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov bildirib.

 Baş tənzimləyicinin rəhbərinin sözlərinə görə, qeyri-neft ÜDM-in artımı bu il 2,8%, gələn il isə 4,3% təşkil edəcək:"9 ayda iqtisadi artım 1,5% olub. Sentyabrın sonuna olan göstəricilərə əsasən, qeyri-neft ÜDM-in artımı 2,6% təşkil edib. Qeyri-neft iqtisadiyyatının yüksəlişinə əsas töhfə verən sahələr sırasında turizm, ticarət, rabitə və digər xidmət sektoru yer alır. Bizim proqnozlarımız nikbindir və xüsusilə cari il üçün gözləntilərimiz yuxarı doğru reviziya olunub".