11:10 - 29.10.2026
29 oktyabr, Fineko/abcnews. Azərbaycanda xarici sektor göstəriciləri əlverişli dinamikanı saxlamaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsində 10,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
İlkin göstəricilərə görə, ilk 9 ayda pul baratları üzrə saldo (daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edərək ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb.
Əsas ixrac məhsullarının qiymətlərinin yüksək səviyyədə qalması və qeyri-neft-qaz sektoru üzrə müsbət meyllərin davam etməsi fonunda Azərbaycan Mərkəzi Bankı 2026 və 2027-ci illər üçün cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artırıb.
Yenilənmiş qiymətləndirmələrə əsasən, cari əməliyyatlar hesabında profisitin 2026-cı ildə 8,5 milyard ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) səviyyəsində olacağı gözlənilir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026