10:46 - 29.10.2026
29 oktyabr, Fineko/abcnews. Azərbaycanın monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşmaqda davam edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonuna 6,2 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.
Yaranmış izafi likvidlik şəraitində təminatsız pul bazarı üzrə istinad faizləri azalma meyli nümayiş etdirir. AZIR (Azerbaijan Interbank Rate) dərəcəsi üzrə orta günlük göstərici avqustda 6,31%, sentyabrda 5,93%, oktyabrın ötən dövründə isə 5,99% təşkil edib.
Mərkəzi Bank likvidliyin idarə olunmasında əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir ki, bu alətin payı sentyabrın sonuna sterilizasiya portfelində 66,4% təşkil edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026