15:33 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. "FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı Bakı Fond Birjasında ümumi dəyəri 2 milyon manat olan istiqrazlarının yerləşdirilməsini uğurla başa çatdırıb.
Hərracda 50 investor iştirak edib və nominal dəyəri 100 manat olan 20 min ədəd istiqrazın tamamı satılıb. Əməliyyat üzrə anderrayter rolunda "Unicapital İnvestisiya Şirkəti" ASC çıxış edib və hərracdan sonra istiqrazlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.
Tədavül müddəti 18 ay, illik gəlirliliyi 15% olan bu istiqrazlar üzrə faizlər hər üç aydan bir ödəniləcək. Bu da hər istiqraz üçün rüblük 3,75 manat, ümumi müddət ərzində isə 22,50 manat gəlir deməkdir.
Cəlb olunan vəsait maliyyələşmə mənbələrini şaxələndirməklə yanaşı, mikro, kiçik və orta sahibkarlığın, eləcə də kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsini genişləndirməyə yönəldiləcək.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026