ARDNF-nin investisiya portfelinin coğrafi bölgüsü açıqlanıb

14:31 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə qoyulan sərmayələrin payı artıb.

ARDNF-nin III rüb üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına əsasən, bu ilin 30 sentyabr tarixinə Fondun investisiya portfelinin coğrafi regionlar üzrə payı aşağıdakı kimi formalaşıb:

•      Şimali Amerika: 27,4% (2,6 faiz bəndi artım)

•      Avropa: 26,3% (2,8 faiz bəndi azalma)

•      Asiya: 9,5% (1 faiz bəndi artım)

•      Yaxın Şərq: 1,9% (0,5 faiz bəndi artım)

•      Avstraliya-Yeni Zelandiya: 1,1% (0,1 faiz bəndi artım)

•      Cənubi Amerika: 0,1% (dəyişməz qalıb)

•      Afrika: 0,03% (0,01 faiz bəndi artım)

•      Beynəlxalq maliyyə təşkilatları: 1,4% (0,9 faiz bəndi azalma)