16:34 - 13.10.2026
13 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasının statistik göstəricilərinin müqayisəsi göstərir ki, “PAŞA Kapital”ın dövriyyəsindəki azalmanın əsas səbəbi repo əməliyyatlarının həcminin kəskin geriləməsidir.
2025-ci ilin ilk 9 ayında “PAŞA Kapital”ın repo bazarındakı dövriyyəsi 24 milyard 738,8 milyon manat olduğu halda, bu ilin eyni dövründə 9 milyard 99,2 milyon manata enib.
Nəticədə repo əməliyyatlarının həcmi 15 milyard 639,6 milyon manat və ya 63,2% azalıb. BFB-nin açıqlamasına görə, SOCAR istiqrazlarının bazardan çıxması repo bazarında kəskin eniş yaradıb. Rəqəmlərdən göründüyü kimi bu eyni zamanda “PAŞA Kapital”ın nəticələrinə təsir edib. Bu istiqamətdəki azalma şirkətin ümumi birja dövriyyəsindəki geriləmənin təxminən 72%-nə bərabər olub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026