11:20 - 12.10.2026
12 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev "Azərbaycan-Çexiya Biznes Forumu"nda bildirib ki, 1995-ci ildən 2026-cı ilin birinci yarısının sonunadək Çexiyadan Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 74 milyon ABŞ dollarına çatıb.
O qeyd edib ki, bu sərmayələrin təxminən 70 milyon dolları ölkə üçün xüsusi əhəmiyyət kəsb edən qeyri-neft-qaz sektorunun payına düşür.
Eyni dövr ərzində Azərbaycanın Çexiyaya qoyduğu birbaşa investisiyaların həcmi də təxminən 70 milyon dollar təşkil edib.
Yusif Abdullayev vurğulayıb ki, hazırda Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri də daxil olmaqla müxtəlif sektorlarda 34 Çexiya şirkəti uğurla fəaliyyət göstərir.
O həmçinin nəqliyyat və logistika sahəsinin gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını diqqətə çatdırıb.
"Şərq-Qərb" və "Şimal-Qərb" dəhlizlərinin mühüm rol oynadığı bu istiqamətdə 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 47% artaraq 32 min tona çatmışdır.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026