10:35 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. 2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur.
Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 %-ni təşkil edəcək. Bu il üçün proqnoz 34,4 %-dir.
İnvestisiya xərclərinin 2028-ci ildə 5,5 milyard manat, 2029-cu ildə 5,6 milyard manat, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026