10:41 - 19.10.2026
19 oktyabr, Fineko/abc.az. Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna və digər qanunvericilik aktlarına dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Yeni mexanizmə əsasən, dövlət qulluqçuları, hərbi qulluqçular, sabiq deputatlar, diplomatlar və digər xüsusi kateqoriyadan olan şəxslərin pensiyasının birbaşa əməkhaqqına bağlılığı aradan qaldırılır.
Bundan sonra onların pensiya məbləği fərdi hesablarında toplanmış pensiya kapitalı (sığorta hissəsi) və dövlət büdcəsi hesabına verilən sabit aylıq əlavələr əsasında müəyyən olunacaq.
Dəyişikliklərin Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minməsi və bir sıra müddəaların 2026-cı il oktyabrın 1-dən tətbiqi nəzərdə tutulur.
Pensiya və aylıq əlavələrin vətəndaşın ayrıca müraciəti olmadan, proaktiv (elektron) qaydada təyini planlaşdırılır. Qanun layihəsində keçid müddəaları da yer alıb; mövcud əlavə ilə yeni aylıq əlavənin eyni əsas üzrə birlikdə ödənilməsinə yol verilməyəcək.
Yekun pensiya məbləği hər bir şəxsin fərdi pensiya kapitalından və müəyyən ediləcək sabit ödənişdən asılı olacaq.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
16 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026