Vergi orqanları 9 ayda 373 cinayət işi açıb

16:26 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində yanvar-sentyabr aylarında vergidən yayınma, əmək müqaviləsiz işçi çalıştırma, saxta aksiz markaları, qanunsuz pul köçürmələri və digər faktlar üzrə 373 cinayət işi başlanılıb.

Məhkəməyə 71 nəfər barəsində 73 cinayət işi göndərilib, tamamlanmış işlər və materiallar üzrə dövlət büdcəsinə 19,9 milyon manatdan çox ziyan ödənilib.

Ümumilikdə icraatda olan işlər çərçivəsində büdcəyə 25,1 milyon manatdan çox vəsaitin ödənilməsi təmin edilib.

Həmçinin keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində 21 vergi ödəyicisinin 22 obyektində 84 nəfərin əmək müqaviləsiz çalışdığı aşkarlanaraq hüquqları bərpa olunub və sahibkarlara 170 min manat maliyyə sanksiyası tətbiq edilib.