10:45 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasının (AFEZ) ərazisində hava limanı və logistika infrastrukturunun inkişafı üçün yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə razılıq əldə olunub.
“Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbirində çıxış edən AFEZ İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, 750 hektar sahəni əhatə edən layihə azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı ola bilər.
Tikintisinə 2024-cü ilin aprelində başlanılan obyektdə işlərin bu ilin sonunda yekunlaşması, aeroportun isə 2027-ci ilin mart-aprel aylarından gec olmayaraq istismara verilməsi planlaşdırılır.
Yeni hava limanının illik yükötürmə qabiliyyəti ilk mərhələdə 500 min ton təşkil edəcək və gələcəkdə bu göstəricinin ən azı 2 milyon tona çatdırılması nəzərdə tutulur.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026