16:36 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Yol infrastrukturunun qorunması və təhlükəsizliyin artırılması məqsədilə avtomobil yollarında elektron tərəzilərin quraşdırılması davam edir.
2 tərəzi M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Bakı və Qazax istiqamətlərində, 1 tərəzi isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci km-də, Sabirabad rayonu ərazisində paytaxt istiqamətində quraşdırılıb.
Oktyabrın 2-dən bu elektron tərəzilər vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.
Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.
İcazə verilən çəki həddini aşan yük maşınları elektron tərəzilər vasitəsilə aşkarlanır, məlumatlar real vaxtda mərkəzi sistemə ötürülür və elektron qaydada cərimə tətbiq olunur.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026