17:17 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. AZCON Holdinqə daxil olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tabeliyindəki Xəzər Dəniz Neft Donanmasının Təchizat xidmətinə Murad Veysov rəis təyin edilib.
M.Veysov 2024-2026-cı illərdə "AzInTelecom" MMC-nin Təchizatın idarə edilməsi departamentində şöbə rəhbəri vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, "AzInTelecom"un Təchizatın idarə edilməsi departamentinə rəhbərlik etmiş Kamil Bektaşi bu ilin əvvəlində ASCO sədri Əfqan Cəlilovun müşaviri, daha sonra isə Satınalmalar departamentinin rəisi təyin olunub.
Bektaşinin gəlişindən sonra "AzInTelecom"un digər bir sabiq əməkdaşı Əziz Əzizzadə də ASCO-da Satınalma üzrə menecer vəzifəsinə gətirilib.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026