AZAL Bakı–Həştərxan–Bakı marşrutu üzrə uçuşları bərpa edib

10:17 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) 1,5 illik fasilədən sonra Bakı–Həştərxan–Bakı marşrutu üzrə müntəzəm uçuşları bərpa edib.

Bu barədə “Vestnik Kavkaz" məlumat yayıb. Reyslər sentyabrın 30-dan etibarən yenidən həyata keçirilir.

Nazirliyin məlumatına görə, ilk reyslə Bakıdan Həştərxana 83 sərnişin gedib, əks istiqamətdə isə 103 nəfər uçub.

Uçuşlar “Embraer E-190” təyyarələri ilə həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Bakıdan Həştərxana uçuş müddəti təxminən 1 saat 25 dəqiqə təşkil edir.