Rusiya nağd pulun ölkədən çıxarılmasına limit qoydu

14:44 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər tərəfindən ölkədən nağd pulun çıxarılmasına məhdudiyyət qoyulması haqqında fərman imzalayıb.

Sənədə əsasən, müstəsna hallar nəzərə alınmamaqla, fiziki şəxslərin Rusiyadan Azərbaycan, Avrasiya İqtisadi İttifaqı (AİƏB) ölkələri, eləcə də Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 12 000 ABŞ dolları) artıq nağd pul çıxarması qadağan edilib.

Qeyd edək ki, AİƏB-in tərkibinə Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.