AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək

14:59 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. 1 oktyabr 2026-cı il tarixində Milli Depozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, AZİR göstəricisinə indeksləşdirilmiş dəyişən faizli istiqrazlar üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək.

Məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazlar üzrə son kupon ödənişinin məbləği hər bir qiymətli kağız üçün 1 610 manat təşkil edəcək.

Kupon ödənişi ilə yanaşı, hər bir istiqrazın 100 000 manat məbləğində nominal dəyəri də investorlara ödəniləcək.