11:44 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. “Raiffeisen Bank” Qazaxıstan və Mərkəzi Asiyanı böyümə üçün yeni bir bazar hesab edir və buna görə də burada aktiv almaq istəyir.
Bu barədə Bloomberg yazır.
“Raiffeisen Bank” əvvəllər rusiyalı milyarder Oleq Deripaskanın sahib olduğu “Rasperia Trading” şirkətindən 3,6 milyard dollar alacağını gözləyir. Bank bu pulu məhkəmə yolu ilə almağa çalışır.
“Raiffeisen” və “Rasperia” arasındakı mübahisə, onun Rusiyadakı törəmə şirkətinin Oleq Deripaskaya məxsus şirkətdən Avstriyada yerləşən tikinti konserni “Strabag”da pay almaq üzrə razılaşmanın pozulması ilə bağlıdır.
Bank zərərin kompensasiyasını Avstriyadakı dondurulmuş aktivlər hesabına tələb edir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026