11:20 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Cümə axşamı günü Bitkoin üçüncü rübün güclü nəticələrindən sonra bahalaşmasını davam etdirib. ABŞ-da kriptovalyuta tənzimləmələrinin yumşalacağı ilə bağlı gözləntilər fonunda yaranan nikbinlik, qiymətlərin ucuzlaşdığı anlarda belə dayanıqlı alış dalğasına səbəb olub.
Lakin dördüncü rübün əvvəlində Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini daha da artıracağına dair gözləntilər fonunda xəzinə istiqrazlarının gəlirliliyinin artması səbəbindən kriptovalyuta bazarındakı yüksəliş sürətini itirməyə başlayıb.
Bakı vaxtı ilə saat 10:21-ə olan məlumata görə, Bitkoin 1,5% artaraq 84 307,1 dollar təşkil edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026