Nəqliyyat və anbar sektorunda 8,7 faizdən çox iqtisadi artım qeydə alınıb

12:31 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin göstəricilərinə əsasən, yol infrastrukturunun yenilənməsi və logistika imkanlarının genişləndirilməsi sayəsində nəqliyyat və anbar təsərrüfatı sektorunda yüksək artım tempi davam edir.

Cari ilin yanvar-avqust aylarında sektorda yaradılan əlavə dəyər real ifadədə 8,7% artaraq 6 milyard 654 milyon manata çatıb, bununla da sahənin ÜDM-dəki payı 7,6%-ə, qeyri-neft/qaz ÜDM-dəki payı isə 10,8%-ə yüksəlib.

Sektorun məhsul buraxılışı eyni nisbətdə artaraq 10 milyard 932 milyon manat, sahəyə yatırılan investisiyalar isə 4,6% çoxalaraq 2 milyard 752 milyon manat təşkil edib.

Bu göstəricilər Azərbaycanın regional logistika və rəqəmsal mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.