16:31 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması yeni səhmlərin əldə edilməsi ilə həyata keçiriləcək.
Potensial investisiya əlavə səhm emissiyası yolu ilə icra olunacaq və nəticədə bankın nizamnamə kapitalı artırılacaq. Müvafiq saziş sentyabrın 25-26-da Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanıb.
1995-ci ildən fəaliyyət göstərən və hazırda 100.5 milyon manat nizamnamə kapitalı olan bankın əsas səhmdarları SOCAR (51%), Əmlak Məsələləri Dövlət Xidməti (24%), Türkiyənin "Zıraat Bank"ı və onun beynəlxalq strukturu, eləcə də "AzRe Təkrarsığorta" və "Qala Həyat Sığorta" şirkətləridir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026