"Volkswagen"in "MOIA" brendi ABŞ-də robotaksi xidmətinə başladı

16:32 - 24.09.2026


24 Sentyabr, Fineko/abc.az. "Volkswagen" qrupunun törəmə müəssisəsi olan "MOIA America" ABŞ-də ilk sərnişindaşıma fəaliyyətinə start verib. Şirkət avtonom mobillik operatoru "Beep" ilə əməkdaşlıq çərçivəsində Florida ştatının Orlando şəhərində yerləşən "Lake Nona" icmasında sürücüsüz robotaksi xidmətini istifadəyə verib.

Bu addım "Volkswagen"in Şimali Amerika bazarında özünüidarəedən nəqliyyat vasitələrinin tətbiqi və kommersiyalaşdırılması istiqamətində atdığı vacib strateji mərhələlərdən biri hesab olunur.

Layihə çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş avtonom nəqliyyat vasitələri sakinlərə və qonaqlara təhlükəsiz və rahat hərəkət imkanı yaradacaq. "MOIA" və "Beep" tərəfdaşlığı gələcəkdə bu cür robotaksi şəbəkələrinin ABŞ-nin digər şəhərlərinə də genişləndirilməsini hədəfləyir.