15:27 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2025-ci ildə Bakı şəhəri üzrə mənzil bazarında ümumi maliyyə həcmi 4 milyard 162 milyon manatı ötən 25 031 əqd rəsmiləşdirilib.
Dövlət Kadastrı və Reyestrinin təhlilinə əsasən, il ərzində paytaxt üzrə mənzillərin orta qiyməti 166 266 manat, bir kvadratmetrin orta qiyməti isə 2 482 manat təşkil edib.
Rayonlar üzrə göstəricilərə baxdıqda, mənzilin orta qiymətinə görə ən baha ərazilər Səbail (222 159 manat), Nərimanov (212 307 manat) və Nəsimi (210 469 manat) rayonları olub.
Ən aşağı orta qiymətlər isə Pirallahı (51 524 manat), Xəzər (81 075 manat) və Qaradağ (81 587 manat) rayonlarında qeydə alınıb.
Kvadratmetr hesabı ilə ən yüksək qiymətlərə Nəsimi (2 960 manat), Nərimanov (2 878 manat), Səbail (2 862 manat) və Yasamal (2 641 manat) rayonlarında rast gəlinib.
Ən ucuz kvadratmetr qiymətləri isə müvafiq olaraq Pirallahı (1 023 manat), Qaradağ (1 405 manat) və Xəzər (1 414 manat) rayonlarında müşahidə edilib.
Eyni zamanda, alqı-satqı fəallığının ən aşağı olduğu ərazilər 85 əqdlə Pirallahı, 283 əqdlə Xəzər və 669 əqdlə Qaradağ rayonları olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026