Avropada qazın qiyməti həftəlik 10,5% ucuzlaşıb

17:13 - 25.09.2026


25 Sentyabr, Fineko/abc.az. Avropada təbii qazın qiyməti ABŞ və İran arasında Nyu-Yorkda aparılan danışıqlar fonunda Hörmüz boğazındakı tədarük risklərinin azalması gözləntiləri və mövsümi tələbin zəif seyretməsi səbəbindən həftəlik bazada 10,5% geriləyib.

Avropanın əsas (TTF) fyuçerslərində qazın meqavat-saat üzrə qiyməti 71,16 avroya düşüb.

Aİ ölkələrində qaz anbarlarının doluluq səviyyəsi hazırda 70,35% təşkil edir (ötən ilin eyni dövründə 82,03% idi). Anbar səviyyəsinin keçən ildən aşağı olmasına baxmayaraq, Avropa Komissiyası regionda qaz təchizatının sabit olduğunu və təhlükəsizlik baxımından təcili bir riskin olmadığını təsdiqləyib.