Valerio De Molli: Azərbaycan dünyada 15-ci ən dinamik ölkədir

12:21 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. "The European House – Ambrosetti" şirkətinin Baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı bildirib ki, Azərbaycan dünyada əhalisinə görə 89-cu, ÜDM həcminə görə 88-ci, coğrafi ölçüsünə görə isə 118-ci sıradadır.

Buna baxmayaraq, rəqabət qabiliyyəti və cəlbedicilik indeksində ölkəmiz dünyada 60-cı pillədə qərarlaşıb və son illərdə müsbət artım dinamikası nümayiş etdirir.

Şirkət rəhbəri xüsusilə vurğulayıb ki, dinamiklik baxımından Azərbaycan dünyada 15-ci ən dinamik ölkədir və bu, 2019-cu ildəki 140-cı mövqe ilə müqayisədə inanılmaz bir sıçrayışdır.

O, həmçinin əlavə edib ki, Azərbaycan davamlılıq üzrə 73-cü, gələcəyə yönümlülük üzrə 62-ci sıradadır, sürət və inkişaf tempinə görə isə regionda 1-ci yeri tutur.