Avropa İttifaqı gömrük sistemində köklü islahatlara başladı: Rəqəmsal dövr start götürdü

21:34 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqı gömrük prosedurlarını rəqəmsallaşdırmaq, inzibati yükü azaltmaq və üzv ölkələr arasında tətbiq fərqlərini aradan qaldırmaq məqsədilə iri miqyaslı gömrük islahatının mərhələli icrasına başlayıb. İslahatın əsas tərkib hissəsi kimi mərkəzi Fransanın Lill şəhərində yerləşəcək yeni Aİ Gömrük İdarəsi yaradılır və vahid Aİ Gömrük Məlumat Mərkəzi təsis edilir.

Yeni sistem bütün gömrük əməliyyatlarını tək bir rəqəmsal platformada birləşdirəcək. Elektron ticarət şirkətləri üçün bu platformadan istifadə 1 İyul 2028-ci ildən məcburi olacaq, digər bizneslər üçün isə sistem ən geci 2031-ci ildə istifadəyə veriləcək.

Dəyəri 150 avrodan  aşağı olan e-ticarət bağlamaları üçün azadolma ləğv edilərək 3 avroluq  müvəqqəti rüsum və noyabr ayından etibarən əlavə emal haqqı nəzərdə tutulur.

Üzv dövlətlərə yeni qaydalara uyğunlaşmaq üçün 12 ay vaxt verilib.