14:36 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Azərbaycanda mis və qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining PLC" şirkəti 2026-cı ilin ilk yarısında 8 840 ton mis istehsal edərək yarımillik rekord göstəriciyə nail olub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 1 188 ton təşkil edib.
Şirkət il üzrə ümumi istehsal proqnozunu 20 000–25 000 ton səviyyəsində saxlayıb, ton başına xərc proqnozunu (AISC) isə $6 000–7 000 aralığına endirib.
Kəskin artım, əsasən, yeni "Gilar" və "Dəmirli" mədənlərinin fəaliyyətə başlaması ilə bağlıdır. "Dəmirli" yatağında dördüncü rübdə tam gücə çatmaq planlaşdırılır.
Şirkətin baş icraçı direktoru Reza Vəzirinin sözlərinə görə, mis artıq "Anglo Asian"ın əsas istehsal metalına çevrilib. Müəssisə 2030-cu ilə qədər illik mis hasilatını 50 000–55 000 tona çatdırmağı və "Xarxar", "Qaradağ" və "Zəfər" mədənlərini istismara verməklə orta səviyyəli çoxprofilli istehsalçıya çevrilməyi hədəfləyir.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026