Kreml "Nestlé"nin aktivlərini ələ keçirdi: İsveçrə nəhəngi cavab addımlarını dəyərləndirir

14:00 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə İsveçrənin qida gigantı "Nestlé"nin ölkədəki aktivləri müvəqqəti dövlət idarəçiliyinə verilib.

Qərardan dərhal sonra "Nestlé" rəhbərliyi beynəlxalq hüquq çərçivəsində hüquqlarını qorumaq, işçilərinin təhlükəsizliyini təmin etmək və aktivlərin qanunsuz milliləşdirilməsinə qarşı arbitraj daxil olmaqla bütün variantları nəzərdən keçirdiyini bəyan edib.

Rusiya tərəfi şirkətin idarəçiliyini Moskvada yeni qeydiyyatdan keçmiş "L.E.V. Menedjment" qurumuna həvalə edib. Rusiya "Nestlé"nin qlobal satışlarının təxminən 2%-ni (2 milyard İsveçrə fankı) təşkil edir.

Analitiklər bildirirlər ki, aktivlər üzərində nəzarətin itirilməsi korporasiya üçün təxminən 1 milyard İsveçrə franqı (1,18 milyard dollar) dəyərində silinmə riskı yaradır.