14:27 - 16.09.2026
16 Sentyabr, Fineko/abc.az. Böyük Britaniyada istehlak qiymətləri indeksi (CPI) avqust ayında həm aylıq, həm də illik ifadədə sürətlənib.
İllik inflyasiya iyul ayındakı 2.9 faizdən 3.1 faizə yüksələrək analitiklərin proqnozları ilə tam üst-üstə düşüb. Aylıq inflyasiya isə iyuldakı 0.3 faizdən 0.5 faizə çatıb.
Ərzaq və enerji qiymətlərini nəzərə almayan illik bazis inflyasiya gözlənildiyi kimi 2.6 faiz təşkil edib. Eyni zamanda, zavod buraxılış qiymətləri (istehsalçı qiymətləri) illik ifadədə 3.7 faiz artaraq iqtisadçıların 3.3 faizlik gözləntilərini üstələyib.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026