Azərbaycana Çindən 7 lokomotiv gətirilib

10:34 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çindən 7 lokomotiv alıb.

Çindən alınan lokomotivlər artıq Azərbaycana çatdırılıb.

Qeyd edək ki, lokomotivləri Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti istehsal edib.

Xatırladaq ki, bu ilin iyununda ADY ilə “CRRC Ziyang” 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında da müqavilə imzalayıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.