14:18 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Azərbaycan ilə Monqolustan arasında birbaşa hava əlaqəsinin tezliklə işə salınması gözlənilir. İki ölkə arasında imzalanacaq saziş Azərbaycanın altı şəhərindən (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala) Monqolustanın üç şəhərinə (Ulan-Bator, Xovd və Çoybalsan) müntəzəm uçuşların təşkilini nəzərdə tutur.
Uçuşların icrasına yaxın vaxtlarda başlanması planlaşdırılır və Monqolustan aviaşirkətləri də Azərbaycanın qeyd olunan şəhərlərinə reyslər həyata keçirmək hüququ əldə edəcəklər.
Tərəflər bir və ya bir neçə aviaşirkət təyin etmək, eləcə də kod-şerinq (birgə istismar) formasında əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Azərbaycan Milli Məclisinin müvafiq komitəsində artıq Monqolustanla hava əlaqəsi haqqında saziş müzakirə olunub. Bu sənəd iki ölkə arasında sərnişin, yük, baqaj və poçt daşımalarının həyata keçirilməsi üçün müvafiq hüquqi baza formalaşdıracaq.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026