12:23 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. 15 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ümumi dəyəri 200 milyon manat olan Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Sifarişlərin toplanması saat 10:00-dan 11:00-dək təşkil olunacaq. İstiqrazların əsas göstəriciləri aşağıdakı kimidir:
ISIN kodu: AZ0201240030
Nominal dəyəri: 100 manat
Tədavül müddəti: 720 gün (ödəniş tarixi: 15.09.2028)
İllik faiz dərəcəsi: 6.0% (ödənişlər 6 aydan bir: 15.03.2027, 15.09.2027, 15.03.2028, 15.09.2028)
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Hərrac zamanı qeyri-rəqabətli sifarişlər buraxılışın maksimum 20%-i həcmində qəbul edilə bilər. Tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi təqdirdə, təklif edilən istiqrazların həcmi 100 faizədək (400 milyon manatadək) artırıla bilər.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026