Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik

12:26 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Əli Əsədov Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub.

Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.