11:59 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycana xaricdən 748,5 milyon ABŞ dolları daxil olub, ölkədən xaricə isə 207,9 milyon ABŞ dolları pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirilən mətbuat konfransında bildirib ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,2 % çox və 12,7 % azdır. AMB rəsmisinin sözlərinə görə, yanvar-iyun aylarında ölkənin təkrar gəlirlər balansında əsasən pul baratları hesabına 525 milyon ABŞ dolları profisit yaranıb.
Pulköçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlərin coğrafiyasında Rusiya, Gürcüstan, Türkiyə və ABŞ ön sıralardadır.
S. Nəsirov əlavə edib ki, Yaxın Şərq ölkələrindən də köçürmələr müşahidə olunsa da, regiondakı gərginlik fonunda hazırda həmin istiqamətdən ölkəyə xüsusi böyük həcmdə vəsait daxil olması qeydə alınmayıb.
Müəllif: Elmir Muradov
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026