Cari əməliyyatlar balansının profisiti 2 dəfə artdı - AMB rəsmisi

11:15 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 4,7 milyard ABŞ dollar olub.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O bildirib ki, sözügedən dövrdə CƏB-də ümumi daxili məhsulun (ÜDM) 12,4 %-i qədər profisit formalaşıb. Onun sözlərinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.