10:48 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. ABŞ-ın "Ford" avtomobil istehsalçısı yanacaq çənində aşkar edilən qüsurlar səbəbindən ölkə ərazisindəki təxminən 223 min 500 nəqliyyat vasitəsini geri çağırır.
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, qərar yanacaq sızması və çənlərin düzgün bərkidilməməsi riski ilə əlaqədardır. Yanacaq çəninin hərəkət zamanı yerindən çıxması qəza, yanacaq sızması isə mühərrikin dayanması və ya yanğın təhlükəsini artırır.
Geriçağırılma proqramı 2023-2027-ci il istehsalı olan bəzi "F-150" model pikaplara şamil edilir. "Ford"un səlahiyyətli servis mərkəzləri yanacaq çəninin kəmərlərini pulsuz olaraq yoxlayacaq və ehtiyac olduqda yeniləri ilə əvəzləyəcək.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026