Bakı metrosunda kəsişmə xətləri artır: Yeni keçid stansiyaları tikiləcək

11:44 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. Bakı metropolitenində sərnişinlərin xətlər arası keçid imkanlarını genişləndirmək məqsədilə 2030-cu ildən etibarən 4 yeni keçid stansiyası istifadəyə veriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd olunub ki, layihə çərçivəsində “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətlər bir-biri ilə kəsişəcək. Bənövşəyi xəttin 6 stansiyasından 3-ü keçid funksiyası daşıyacaq.

Sərnişinlər “Avtovağzal”dan metroya daxil olaraq “Memar Əcəmi” və ya “Nizami” stansiyaları vasitəsilə digər xətlərə rahatlıqla keçə biləcəklər.

Tikiləcək stansiyalar: Yeni keçid stansiyaları “Sahil” və “Xətai” stansiyalarının yaxınlığında inşa olunacaq. Nəticədə metrodakı sıxlıq azalacaq və yerüstü nəqliyyatın yükü yüngülləşəcək.