12:29 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İşgüzar Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
Bu barədə tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.
Bundan əvvəl ötən ilin iyun ayında AMB "İşgüzar Kredit İttifaqı"na icrası məcburi olan göstəriş vermişdi. Belə ki, kredit ittifaqı 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etməmiş və bununla da, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin olunmamışdı. Odur ki, "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutalaraq, kredit təşkilatından maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə tənzimləyici quruma rəsmi məlumat verilməsi tələb edilmişdi.
Xatırladaq ki, "İşgüzar Kredit İttifaqı" 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 4 min manatdır.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026