AMB-nin dövriyyədəki notlarının dəyəri 1,5 milyard manatı keçib

10:49 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2023-cü il oktyabrın 26-dan bəri ilk dəfə 1,5 milyard manatı keçib.

ABC.AZ quruma istinadən xəbər verir ki, avqustun 27-də notların ümumi dəyəri avqustun 26-sı ilə müqayisədə 82,5 milyon manat artaraq 1 milyard 525 milyon manata çatıb.

Xatırladaq ki, AMB 2022-ci il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 5,9 %, 6,01 %, 6,1 % və 6,21 %-dir.