17:22 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. İsveçin "Volvo Cars" avtomobil istehsalçısı xərcləri azaltmaq və əməliyyat səmərəliliyini artırmaq strategiyası çərçivəsində Stokholmdakı ofisini bağlamaq haqqında qərar qəbul edib.
Ofisin 2027-ci il martın 1-dək tam bağlanması nəzərdə tutulur. İnsani resurslar və əsas vəzifə öhdəlikləri şirkətin Qoteburq şəhərində yerləşən mərkəzi qərargahına köçürüləcək. Hazırda Stokholm ofisində 450 nəfər çalışır. Şirkətdən bildirilib ki, fəaliyyətin vahid mərkəzdə cəmlənməsi proseslərin mürəkkəbliyini azaltmağa və departamentlərarası əməkdaşlığı sürətləndirməyə imkan verəcək.
Xatırladaq ki, bu addım "Volvo Cars"ın daha əvvəl elan etdiyi qlobal ixtisarlar və büdcəyə qənaət proqramının tərkib hissəsidir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026