15:46 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Avrozonada iqtisadi inam indeksi avqust ayında aylıq müqayisədə 1,3 bənd artaraq 98,4 bəndə yüksəlib.
Avropa İttifaqı (Aİ) Komissiyasının avqust ayı üzrə biznes və istehlakçı sorğusunun nəticələrinə görə, Aİ-də də iqtisadi inam indeksi 1 bənd artaraq 98,2 bənd təşkil edib. Avrozonada göstəricinin 97,5 bənd olacağı gözlənilsə də, faktiki nəticə proqnozları üstələyib.
Bununla da indeksi həm Aİ-də, həm də Avrozonada son 4 ayda artım nümayiş etdirərək 100 bəndlik uzunmüddətli ortalamaya yaxınlaşıb.
İndeksin artması sənaye, xidmət və pərakəndə ticarət sektorlarında inamın yüksəlməsi ilə bağlı olub. Avqustda Avrozonada istehlakçı inamı indeksi mənfi 15,9-dan mənfi 15,5-ə, Aİ-də isə mənfi 15,1-dən mənfi 15-ə qalxıb.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026