10:42 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Cənubi Koreya Mərkəzi Bankı (BOK) artan inflyasiya təzyiqini məhdudlaşdırmaq məqsədilə uçot dərəcəsini 25 baza bəndi artıraraq 3%-ə çatdırıb. Bununla da qurum üst-üstə ikinci iclasında faiz artımına gedib və göstərici 2025-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb.
İyul ayında ölkədə baza inflyasiya 2,6%-ə yüksələrək son ayların ən yüksək göstəricisini qeydə alıb, ümumi inflyasiya isə 2,8% təşkil edib. İqtisadiyyatın gözləntiləri üstələyərək ikinci rübdə illik 3,7% böyüməsi və xüsusilə yarımkeçiricilər sektorundakı artım fonunda bank ölkənin 2026-cı il üzrə iqtisadi artım proqnozunu 2,6%-dən 3,3%-ə qaldırıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026