10:03 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Niderlandın "ING Bank"ının valyuta strategiyası üzrə rəhbəri Kris Terner bildirib ki, qısamüddətli dövrdə dollara dəstək verən iki əsas amil yüksək enerji qiymətləri və artan 30 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyidir. Hər iki tendensiyanın davam edəcəyi təqdirdə, Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faiz artırması ehtimalı yenidən gündəmə gələ bilər.
Yaxın Şərqdə baş verən processeslərə toxunan Terner qeyd edib: "Yüksək enerji qiymətləri həm ABŞ-nin enerji müstəqilliyi, həm də FED-in bu hadisələrə verəcəyi reaksiya baxımından dollar üçün müsbətdir". O, bu axşam açıqlanacaq FED protokolları öncəsi investorların avro/dollar məzənnəsini daha yuxarı qaldırmaqda tərəddüt edəcəyini vurğulayıb.
Stratequn sözlərinə görə, Avrozona iqtisadiyyatından gələn müsbət sürprizlərə baxmayaraq, təbii qaz qiymətlərinin ilin ən yüksək hədlərinə yaxın qalması ehtiyatlı olmağı tələb edir: "EUR/USD cütünün bu gün 1,1520–1,1580 diapazonunda hərəkət edə biləcəyini düşünürük". Terner FED-in faiz artırmayacağı gözləntisinə əsaslanaraq, sentyabrın sonu üçün cütlük üzrə proqnozun 1,17, ilin sonu üçün isə 1,18 olduğunu xatırladıb.
18 Avqust 2026