10:30 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır.
Bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Artıq 600 hektardan çox ərazinin müəyyənləşdirildiyini deyən dövlət başçısı orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyini diqqətə çatdırıb.
İlham Əliyev qeyd edib ki, Naxçıvanda təkcə Günəş elektrik enerjisinin istehsalı potensialı ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsində ola bilər. Bu layihələrin reallaşdırılması muxtar respublikanın daxili tələbatını tam ödəməklə yanaşı, gələcəkdə böyük həcmdə elektrik enerjisinin xaricə ixracına da geniş imkanlar yaradacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026