15:04 - 4.08.2026
4 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin kəskin qalxması fonunda ikinci rübdə rekord mənfəət açıqlayan ölkənin enerji nəhəngləri "ExxonMobil" və "Chevron"u həddindən artıq qazanc əldə etməkdə təqsirləndirib. Dövlət başçısı şirkətlərin bu mənfəətin bir hissəsini istehlakçılara qaytarmalı və benzin qiymətlərini endirməli olduğunu bəyan edib.
Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandıran Tramp, təklif çatışmazlığından şirkətlərin həddən artıq pul qazanmasının onun xoşuna gəlmədiyini bildirib. Sərbəst bazar iqtisadiyyatının tərəfdarı olduğunu vurğulayan ABŞ Prezidenti, İranla gərginliyin səngiməsi halında neft qiymətlərinin kəskin düşəcəyini qeyd edərək əlavə edib: "Bir şirkətin mənfəətinin ötən illə müqayisədə dəfələrlə artdığını görəndə, bunun bir hissəsini xalqla bölüşməlidir. Yanacağın pərakəndə satış qiymətini endirsələr yaxşı olar. Bu, çox böyük puldur və mən bundan məmnun deyiləm".
İyulun 31-də açıqlanan maliyyə hesabatlarına əsasən, "ExxonMobil"in ikinci rübdəki xalis mənfəəti illik müqayisədə 105,1% artaraq 14,5 milyard dollara, "Chevron"un mənfəəti isə 384,8% artaraq 12,1 milyard dollara yüksəlib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026