“Azeri Light” nefti ucuzlaşaraq 96,73 dollara enib

10:24 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində geriləmə qeydə alınıb.

İtaliyanın Auqusta (Augusta) limanında CIF şərtləri ilə təvil verilən "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,14 ABŞ dolları və ya 5,05% azalaraq 96,73 ABŞ dollarına düşüb.

Məlumat üçün tərixi göstəricilər:

  • Ən aşağı qiymət: 2020-ci ilin 21 aprel tarixində 15,81 ABŞ dolları

  • Ən yüksək qiymət: 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları