09:57 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Neftin əsas markalarının qiymətləri ardıcıl üç ticarət sessiyasının enişindən sonra çərşənbə günü keçirilən hərraclarda artır.
Saat 09:50-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersi 3,23 dollar (3,84%) bahalaşaraq bir barel üçün 87,32 dollara çatıb. İyulun 28-də keçirilən hərracların nəticələrinə görə, onun qiyməti 4,27 dollar (4,83%) ucuzlaşaraq bir barel üçün 84,09 dollar təşkil etmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin sentyabr fyuçersi saat 09:50-ə 2,81 dollar (3,55%) bahalaşaraq bir barel üçün 82,07 dollara yüksəlib. Əvvəlki sessiyanın yekunlarına əsasən, onun dəyəri 3,35 dollar (4,06%) azalaraq 79,26 dollar təşkil etmişdi.
Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarındakı qiyməti isə 4,36 dollar (4,56%) ucuzlaşaraq 91,22 dollar olub.

29 İyul 2026
29 İyul 2026
27 İyul 2026